Karvansaray
Abidənin adı: | "Karvansaray" |
Abidənin ünvanı: | AZ2420, Hacıqabul rayonu, Qubalı-Baloğlan kəndi |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 222 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X- Koordiant: 40.91228 Y- Koordiant: 49.002929 |
Abidənin tikinti tarixi: | Əsr: XIII əsr Tikinti ili: Məlum deyil. |
Abidənin istifadəsi: | Nümayiş obyekti kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Pir Hüseyn Xanəgahı Şirvanşahlar tərəfindən müxtəlif vaxtlarda ucaldılmış bir sıra binalardan ibarət olub. Bunlardan biri də XIII əsrə aid edilən karvansaray və tövlələrdir. Pir Hüseyn Xanəgahı Şirvanın əhəmiyyətli (fəlsəfi, ədəbi, dini) mərkəzi idi. Ona görə də karvansarayın xanəgah üçün xüsusi əhəmiyyəti vardır. Onun gəlirlərinə də xanəgah şeyxləri nəzarət edirdilər. Hacıqabul ərazisində, Hacıqabul gölünün şərq sahilində, Atbulaq kəndi ərazisində karvansaraların mövcud olması bizə məlumdur. Onların qalıqları dövrümüzə qədər gəlib çatmışdır. Bu Hacıqabulun Böyük İpək Yolu üzərində yerləşən əhəmiyyətli məntəqə olmasını sübut edir. Karvansaraylar adətən bir at mənzilində inşa edilirdi. Orta əsrlərdə həcc ziyarətinə gedən Şirvan zəvvarları əvvəlcə Pir Hüseyn Xanəgahını ziyarət edər, sonra Hacıqabul gölü kənarındakı karvansaraydan həcc ziyarətinə yola düşərdilər. Həcc ziyarətindən sonra həmin karvansarayda onlara mübarəkdarlıq edər və “həccin qəbul” olsun geyərdilər. Ehtimal ki, Hacıqabul sözünün mənşəyi də oradan götürülmüşdür.