Sərdabə Hacıqabul

Abidənin adı:

"Sərdabə"

Abidənin ünvanı:

AZ2420, Hacıqabul rayonu, Qubalı-Baloğlan kəndi

Abidənin əhəmiyyət dərəcəsi:

Ölkə əhəmiyyətli memarlıq abidəsi

İnventar:

220 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X- Koordiant: 40.91319

Y- Koordiant: 49.002832

Abidənin tikinti tarixi:

Əsr: XI əsr

Tikinti ili: Məlum deyil

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi istifadə olunur


Abidəyə dair tarixi məlumatlar:
Hacıqabul rayonunda böyük sufi şeyxi, görkəmli alim, filosof, Azərbaycanın elmi-fəlsəfi fikir tarixində, islam dini-fəlsəfi dünyagörüşünün formalaşmasında mühüm rol oynamış Pir Hüseyn Şirvaninin (954-1072) adını daşıyan xanəgah kompleksi ölkə əhəmiyyətli memarlıq abidəsidir. Rayonun Qubalı Baloğlan kəndindəki bu abidə maraqlı memarlıq quruluşuna malikdir.

Yaşadığı dövrün dahi diplomatı, islam nəzəriyyəçisi kimi şöhrət qazanan bu böyük şəxsiyyətin məzarı ölümündən sonra müqəddəs ziyarətgaha çevrilib. Ümumilikdə kompleksə sərdabə, məscid, minarə, köməkçi otaqlar, qala divarları, Şeyx Cəmaləddinin türbəsi (1639-cu ildə vəfat edib), Orta əsrlərə aid türbə, karvansara, hücrələr və qəbiristanlıq daxildir.

Məzarın üzərində tikilmiş sərdabənin inşa edilmə tarixi dəqiq məlum deyil. Mənbələrdə abidələrin Pir Hüseynin vəfatından 170 il sonra Şirvanşah III Fəribürz ibn Gərşasb ibn Fərruxzad və 244 il sonra I Keykavuş ibn Əxistanın dövründə tikildiyi bildirilir.