Alban məbədi Əmirli
Abidənin adı: | "Alban məbədi" |
Abidənin ünvanı: | AZ3635, Qəbələ rayonu, Kiçik Əmili kəndi, dağın üstündə, keçmiş Rusiyanın Radiolokasiya Qurğusunun yaxınlığında |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 289 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 40.521069 Y-koordinat: 47.461193 |
Abidənin tikinti tarixi: | Əsr: IV-VIII əsrlər Tikinti ili: məlum deyil |
Abidənin istifadəsi: | Nümayiş obyekti kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Qafqaz Albaniyasının Erkәn Orta әsr monumental memarlığının yüksәk sәviyyәsinin tәsdiqi günbәz memarlığıdır. Günbәzlәrin ilk yaranma tarixi bәlli olmasa da, günbәzvarı örtüklәrlә sentrik binaların ucaldılmasının köklü yerli әnәnәsi var. Günbәz konstruksiyalarının tikilmә texnikasını bölgәmizdә birinci olaraq alban memarları mәnimsәyiblər.
Azәrbaycan memarlığı tarixində alban memarlığının yüksәk nailiyyәtlәrini vә orijinallığını təsdiq edәn üç dairəvi məbəd – Mamrux, Lәkit, Kilsәdağ məbədləri xüsusi önәm daşıyır. Qafqaz Albaniyasının bu üç mәbәdi bir-birindәn memarlıq-planlaşdırma özәlliklәri vә konstruktiv hәlli ilә fәrqlәnәn, dairәvi konfiqurasiya planına, günbәzlә tamamlanan çoxyaruslu kompozisiyaya malikdirlәr. Zaqatala rayonunda olan tarixi abidәlәr sırasında Armatay dağında, Mamrux, Güllük vә Zәrnә kәndlәri arasında ucalan abidә öz unikallığı ilә fərqlənir.
Qəbələ rayonunun Kiçik Əmili kəndi ərazisindəki dairәvi Kilsәdağ ibadәtgahı – Qafqaz Albaniyasının üç әn qәdim mәbәdindәn biridir. Kilsәdağın plan kompozisiyası bu xüsusiyyәtә malik deyil, bu da onun xristianlıqdan әvvәlki ayinlәrlә әlaqәsinin olduğunu tәsdiq etmәyә әsas verir. İstisna edilmir ki, o, bütpәrәst mәbәdi kimi tikilib, sonradan kilsәyә çevrilib. Bu da Qafqaz Albaniyası memarlığı tarixindә nadir hal deyil. Bu özәlliklәr Kilsәdağı kvadrat özülә dayanan günbәzә malik digәr dairәvi mәbәdlәrdәn fәrqlәndirir vә onun sәciyyәvi rotondal sxemli Ellin mәdәniyyәtinә yaxın olduğunu söylәmәyә әsas verir. Ellin abidәlәri çevrәsinә tipoloji yaxınlığı, girdә әsası olan günbәzin ikiqatlı kompozisiyası, daxili mәkanın xristian mәbәdlәri üçün sәciyyәvi olmayan tәşkilinə əsasən, bu mәbәdi Son Antik dövr memarlarının әsәri olduğunu və III әsrdәn gec tikilmәdiyini söyləmək mümkündür.
Mütəxəssislər hesab edir ki, Kilsәdağ mәbәdi xristianlıqdan öncәki qәdim dualistik mәbәdlәrdәn biridir vә sonradan xristian ibadәtxanasına çevrilib. Kilsәdağdakı mәbәd dairәvi alban ibadәtgahlarının әn qәdimidir. Sonralar onun tәsiri ilә Mamrux (Zaqatala) vә Lәkit (Qax) mәbәdlәri inşa edilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıda abidənin aid olduğu dövr IV-VIII əsrlər qeyd olunsa da, mənbələr üzrə araşdırmalar abidənin II-III əsrlər tikilisi olduğunu göstərir.
Abidədə konservasiya və bərpa işləri aparılmayıb.