Xızırzində Piri

Abidənin adı:

Xızırzındə piri”

Abidənin ünvanı:

AZ5315, Siyəzən rayonu, Zarat kəndinin yaxınlığında

Abidənin əhəmiyyət dərəcəsi:

Ölkə əhəmiyyətli arxeoloji abidəsi

İnventar:

1699 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.57263

Y-koordinat: 49.13566

Abidənin tikinti tarixi:

Əsr: VII əsr

Abidənin istifadəsi:

Ziyarətgah və nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Azərbaycanın unikal təbiət abidələrindən olan Beşbarmaq dağının ətrafında dövlət mühafizəsinə götürülmüş bir sıra tarix və mədəniyyət abidələri (Son Tunc – İlk Dəmir dövrünə aid yaşayış yeri, Xızırzində piri, İlk Orta əsrlərə aid qala qalıqları, XV-XVII əsrlərə aid karvansara qalıqları) yerləşir.

Əzəmətli görünüşə malik Beşbarmaq dağı Bakı-Rostov şose yolunun təxminən 90-cı kilometrliyində qərar tutub. Beş çılpaq zirvədən ibarət olan bu dağa xalq arasında “Xıdırzində baba” və yaxud “Xızırzində dağı” da deyilir.

Görkəmli ədib və mütəfəkkir, maarifçi, tarixçi, ictimai xadim Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində yazır: “Quranda adı çəkilən “Məşməül bəhreyn” (iki dəniz qovşağı) Şirvan əyalətində olmuşdur. Musa və Xızır peyğəmbərlərin səxrəsi (qayası) da ordadır. Adına və əlamətlərinə görə Xızırzində ola bilər”.

“Xızırzində” ifadəsinin tərkibindəki “zində” sözü tat dilində “sağ”, “diri” mənasını verir. Bu da qədim Şərq folklorunda adı tez-tez çəkilən “abi-zəmzəm” (dirilik suyu) içmiş Xıdır (Xızır) peyğəmbərə işarədir. Ona görə də bəzi tarixi mənbələrdə Beşbarmaq zirvəsi “Xızır” peyğəmbərin səxrəsi” (qayası) də adlanır. Abidə vulkanik mənşəli dağın zirvəsində yerləşir.

Xalq rəvayətlərinə görə, Qurani-Kərimdə adı çəkilən Xızır peyğəmbərin yaşadığı məkan olub.

Xatırladaq ki, İlk Orta əsrlərə aid Beşbarmaq paralel müdafiə səddi “Xəzər sahil mühafizə konstruksiyaları” daxilində 2001-ci il oktyabrın 24-də UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan maddi mədəni irsin ilkin siyahısına daxil edilib.