Alban məbədi Mamrux

Abidənin adı:

"Alban abidəsi"

Abidənin ünvanı:

AZ6223, Zaqatala rayonu, Mamrux kəndi (Armatay dağında, Mamrux, Güllük və Zərnə kəndləri arasında)

Abidənin əhəmiyyət dərəcəsi:

Ölkə əhəmiyyətli memarlıq abidəsi

İnventar:

385 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 41.519354

Y-koordinat: 46.759814

Abidənin tikinti tarixi:

Əsr: II—IV əsrlər

Tikinti ili: məlum deyil

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Qafqaz Albaniyasının Erkәn Orta әsr monumental memarlığının yüksәk sәviyyәsini günbәz memarlığı ilə də görmək mümkündür. Azәrbaycan memarlığı tarixindә alban memarlığının nailiyyәtlәrini vә orijinallığını tәsdiq edәn üç dairәvi mәbәd – Mamrux, Lәkit, Kilsәdağ məbədləri önәm daşıyır.

Zaqatala rayonunda olan tarixi abidәlәr sırasında Armatay dağında, Mamrux, Güllük vә Zәrnә kәndlәri arasında ucalan abidә öz unikallığı ilә fərqlənir. Məbədə Mamrux kəndi tərəfdən qalxan ilk tədqiqatçılar onu bu kəndin adı ilə adlandırıblar. Qədim yunan tarixçisi Strabon yazırdı: “Albaniyanın İberiya ilə sərhəddində müqəddəs vilayət yerləşir... Orada Ay ilahəsinin şərəfinə inşa olunmuş məbəd vardır”. Strabonun müqəddəs vilayət hesab etdiyi ərazinin müasir Şimal-Qərbi Azərbaycan, Ay ilahəsi məbədinin isə Mamrux Armatay məbədi olması güman edilir. Xristianlıq Albaniyanın dövlət dini elan olunduqdan sonra həmin məbəd üzərində əlavələr edilməklə xristian monastırına çevrilib.

Dairəvi alban məbədi olan Armatay özündə günbəz sisteminin üç fərqli həllini ehtiva edir. Günbəz müstəqil dayanan dörd sütun üzərində formalaşdırılmış kvadrat əsasında ucaldılmışdı. Mamrux məbədinin memarı onu yeni elementlə zənginləşdirmiş, altar apsidası və iki tərəfinə iki otaq əlavə edib. Mürəkkəb kampozisiyaya malik abidənin II-IV yüzilliklərdə inşa olunduğu ehtimal edilir.

Məbəd 1974-cü ildə arxeoloji tədqiqatlar zamanı aşkar olunub. 1984-cü ildə isə məbəd Azərbaycan EA-nın ekspedisiyası tərəfindən tədqiq edilib. Ölkə əhəmiyyətli memarlıq abidəsi hesab edilən kilsənin Ay və Günəş tanrıları məbədinin özülləri əsasında tikildiyi məlum olub.