Cümə məscidi Nardaran
Abidənin adı: | "Cümə məscidi (Ağa məscidi)" |
Abidənin ünvanı: | AZ1097, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Şeyx Əli Tuti küçəsi, döngə 3 |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 3221 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 40.558991
Y-koordinat: 50.005004 |
Abidənin tikinti tarixi: | Əsr: XIX əsr
Tikinti ili: 1899-1900-cu illər |
Abidənin istifadəsi: | İlkin təyinatı üzrə istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Paytaxtın Sabunçu rayonunun Nardaran qəsəbəsində mövcud olan dini abidələrdən biri də Şeyx Əli Tuti küçəsi, döngə 3 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi Cümə məscididir.
Abidə eyni zamanda “Ağa məscidi” adı ilə də tanınır. Abidə məhəllə mərkəzinin XIX-XX əsrlərdə əsas şəhərsalma elementi olub.
Məscid 1899-1900-cü illərdə usta Bəyəli tərəfindən kiçik məhəllə meydanında özünəməxsus memarlıq kompozisiyası ilə inşa olunub. Dini tikili kəndin müdafiə qalasını mərkəzlə əlaqələndirən tranzit yolun üzərində yerləşməklə məscidin arxasında tikilmiş Ağa hamamını və meydanda olan, hazırda dağılmış dükanlarla məhəllə mərkəzini formalaşdırır.