Nardaran Hamam Ağa
Abidənin adı: | "Hamam (Ağa hamamı)" |
Abidənin ünvanı: | AZ1097, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Şeyx Əli Tuti küçəsi |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 3226 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat 40.559319 Y-koordinat 50.003643
|
Abidənin tikinti tarixi: | Əsr: XIX əsr Tikinti ili: məlum deyil
|
Abidənin istifadəsi: | İstifadə olunmur |
Abidəyə dair tarixi məlumatlar: Abşeronun yaşayış və ictimai tikililəri arasında, yaşayış məntəqələrinin planlaşmasında və abadlaşmasında hamamlar dini binalardan sonra daha aktiv rol oynayır. Onlar əhaliyə xidmət göstərən gigiyenik obyektlər olmaqla yanaşı, həm də çox funksiyalı təyinata malikdirlər. Abşeronda orta əsrlər dövründən başlayaraq çoxsaylı hamamlar tikilmişdir. Hamamların əsəs tikintisi kəndlərin iqtisadi cəhətdən gücləndiyi və əhalisinin artdığı XIX əsr və XX əsrin əvvəllərini əhatə edən dövrə təsadüf edir. Bu, əhalinin neft həyacanına cəlb edildiyi və iqtisadi imkanlarının, hamamların və digər ictimai binaların tikintisinə yönəldiyi, Abşeron kəndlərinin inkişafında mühüm dövrdür. Hamamlar məhz bu zamanlar kəndlərin planlaşmasında və abadlaşmasında öz parlaq ifadəsini tapmışdır. Nardaranda yerləşən Ağa hamamı XIX əsrdə eyni adlı məhəllə mərkəzində, Ağa məscidinin arxa hissəsində inşa edilmişdir.