Qazi türbəsi Nardaran
Abidənin adı: | "Qazi Türbəsi" |
Abidənin ünvanı: | AZ1097, Bakı Şəhəri. Sabunçu rayonu, Nardaran qəsəbəsi, Tuti küçəsi |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 3223 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 40.343512 Y-koordinat: 49.591843 |
Abidənin tikinti tarixi: | Əsr: XIX əsr Tikinti ili: 1788-ci il |
Abidənin istifadəsi: | Nümayiş obyekti kimi İstifadə olunur |
Abidəyə dair məlumatlar: Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində mövcud olan memarlıq abidələrindən biri də Qazi türbəsidir. Qəsəbənin Tuti küçəsində qərar tutan yerli əhəmiyyətli bu memarlıq abidəsi Nardaranın III tip dini binaları olan namazgahların yeganə nümunəsi hesab olunur.
Orta əsrlərdə Nardaran sakinlərinin örüş-otlaq sahələri olan bu ərazidə tərəkəmələrin dini ayinləri yerinə yetirməsi məqsədilə inşa olunmuş kiçik həcm-fəza tutumlu tikili bu yaşayış məntəqəsinin böyüməsi ilə eyni adlı məhəllənin formalaşmasına səbəb olub. Mərkəzi günbəzli kvadrat əsaslı (3,05 x 3 m) ibadətgah kiçik ölçüləri ilə dini tikililərdən fərqlənir. Maraqlı memarlıq kompozisiyası, əhatələndiyi "çılpaq" meydançada abidənin vizual qavranılmasını asanlaşdırır.
Namazgah 1788-ci ildə yerli sakinlərdən olan Həsən Nurdelani tərəfindən inşa olunub. Bu barədə türbənin giriş qapısı üzərində oturdulmuş epiqrafik kitabədə məlumat verilir. Ərəb dilli kitabə sadə fasadın yeganə dekorudur. İnteryer kompozisiyası kiçik mehrab və tağçalarla həllini tapıb. Çox da hündür olmayan günbəz divar konstruksiyaları ilə yaxşı əlaqələndirilib.