Dördbucaqlı Qala

Abidənin adı:

Dördbucaqlı qala”

Abidənin ünvanı:

AZ 0815, Balakən rayonu, Katex kəndi

Abidənin əhəmiyyət dərəcəsi:

Yerli əhəmiyyətli memarlıq abidəsi

İnventar:

4145 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 41.393822

Y-koordinat: 46.334461

Abidənin tarixi:

Əsr: XVII əsr

Tikinti ili: Məlum deyil

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi İstifadə olunur


Abidəyə dair tarixi məlumatlar: Katex kəndi Zaqatala-Balakən rayonlarının sərhəddində, rayon mərkəzindən 14 km məsafədə, dəniz səviyyəsindən 390 m yüksəklikdə, çay kənarında yerləşir. Katex sözü avar dilində çay kənarında yerləşən mənasını verir.

XVII-XVIII əsrlərdə mövcud sosial siyasi şərait, feodal münasibətlərin daha da inkişafı, hərbi toqquşmalar, müdafiə xarakterli qülləvari qalaların tikintisini sürətləndirdi. Qülləvari evlərin inşası əsasən bu tarixi dövrə təsadüf edir. Bu cür qalalar varlı adamların saraylarının, imarətlərinin kənarında qurulur, keşikçi məntəqələri kimi istifadə olunurdu. Hücum zamanı əlavə kömək gələnə qədər müvəqqəti sığınacaq kimi istifadə edilirdi. Strateji cəhətdən əlverişli mövqedə yerləşmələri ilə onlar yollara nəzarət edir, dağlıq keçidləri mühafizə edir və düşmən hücumlarında xəbərdaredici siqnallar verirdilər. Həmçinin dinini, etiqadını qorumağa çalışan hər hansı bir feodal öz ailəsi ilə bu qalalarda yaşayaraq müdafiə olunurdular.

Dördbucaqlı qala Katex kəndinin şimal qərbində kənd yolunun kənarında yerləşir. Bürc qülləvari qala evlər tipinə daxil olmaqla o dövrlərdə olan feodalların öz ailələrini düşmən hücumlarından qoruma tərzinin bir nümunəsi kimi insanların yaşamasından və məişətindən xəbər verir.