Aleksandr Nevski kilsəsi
Abidənin adı: | Aleksandr Nevski kilsəsi (Rus-Pravoslav kilsəsi) |
Abidənin ünvanı: | AZ 2000,Gəncə şəhəri, Ə.Cəmil küçəsi 4 |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 3855 (3905)(Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 40.404541 Y-koordinat: 46.212204 |
Abidənin tarixi: | Əsr: XVIII əsr
Tikinti ili:1887 |
Abidənin istifadəsi: | Nümayiş obyekti kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Qədim Gəncə şəhərinin maraqlı memarlıq nümunələrindən biri də Aleksandr Nevski kilsəsidir. Şəhərin Nizami rayonunda, Ə. Cəmil küçəsi 4 ünvanında yerləşən məbəd 1887-ci ildə inşa edilib. Bina köhnə qəbiristanlığın ərazisində orada yaşan pravoslavlar və yerli müsəlman sakinlərin xeyriyyə vəsaiti hesabına ucaldılıb.
Bolşevik inqilabına qədər bu pravoslav ibadət yeri Baş kilsə statusuna malik idi. Yerli əhəmiyyətli memarlıq abidəsi olan məbəd 1931-ci ildə sovet rejimi tərəfindən bağlanılıb. Bina 1935-1938-ci illərdə muzey kimi fəaliyyət göstərib. Muzey başqa binaya köçürüldükdən sonra məbəddən ictimai iaşə məqsədilə istifadə olunub. 1946-cı ildə ibadət yeri rus pravoslav kilsəsinə qaytarılıb və hazırda təyinatı üzrə istifadə edilir.
Kilsənin binası kərpicdən Bizans memarlıq üslubunda inşa olunub. Məbədin köhnə interyerindən müxtəlif ikonalar günümüzə qədər gəlib çıxıb. Bunların arasında “Müqəddəs Aleksandr Nevski” və “Müqəddəs Mariya Maqdalena” ikonlarını xüsusi qeyd etmək olar. Məbəddə dini ayinlər şənbə və bazar günləri, həmçinin pravoslav bayramlarında həyata keçirilir.
1997-ci ildə kilsənin yaradılmasının 110 illiyi qeyd olunub. 2017-ci ildə kilsə tikilməsinin 130 illik yubileyi münasibətilə təmir edilib.