Məscid


Abidənin adı:

"Məscid"

Abidənin ünvanı:

AZ2300, Göyçay rayonu, Göyçay şəhəri

Abidənin əhəmiyyət dərəcəsi:

Yerli əhəmiyyətli memarlıq abidəsi

İnventar:

4268 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.3907

Y-koordinat: 47.4420

Abidənin tarixi:

Əsr: XX əsr
Tikinti ili: 1903-cüi il

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi istifadə olunur


Abidəyə dair tarixi məlumatlar: Azərbaycanın görkəmli memarı, ölkəmizdə, xüsusilə paytaxt Bakıda cəlbedici tikililərə imza atmış Zivər bəy Əhmədbəyovun maraqlı kompozisiyaya malik işlərindən biri də Göyçay şəhərindəki Yuxarı məsciddir.

Göyçay şəhərinin N. Nərimanov küçəsində yerləşən məscid 1902-cü ildə inşa olunub. Azərbaycan Rusiyaya birləşdirildikdən sonra – 1921-ci ildə ölkəmizdə bütün dini məkanlar kimi, bu məscidin də təyinatı üzrə istifadəsinə icazə verilmir. Binadan anbar kimi istifadə edilir. 1930-cu ildə məscid yenidən qapılarını dindarlara açır. 1944-cü ildə rəsmi olaraq məscidin fəaliyyətinə icazə verilir. Mənbələrdə deyilir ki, binanın yerində vaxtilə palçıqdan tikilmiş məscid olub. Lakin həmin məscid 1896-cı ildə dağılıb. Bu məsciddə Axund Hacı, Kərbəlayı ağa Nuh, Mirfazil ağa, Molla Şirəli kimi məşhur din xadimləri axundluq ediblər.

Məscidin günbəzi dəyirmi formada və hündürlüyü 2 metrdir. 2018-2019-cu illərdə yerli əhəmiyyətli memarlıq abidəsi olan məscidin binasında əsaslı yenidənqurma işləri aparılıb.