Anahid məbədi
Abidənin adı: | “Anahit məbədi” |
Abidənin ünvanı: | AZ 2500, Göygöl rayonu, Çaykənd kəndi |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 4292 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 40.281402 Y-koordinat: 46.221117 |
Abidənin tarixi: | Əsr: Məlum deyil Tikinti ili: Məlum deyil |
Abidənin istifadəsi: | Nümayiş obyekti kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Göygöl rayonunun Çaykənd kəndi ərazisində yerləşən Anahit kilsəsi minilliklərin sorağını çağımızda da yaşadır. Yerli əhəmiyyətli bu memarlıq abidəsinin nə vaxt inşa edildiyi dəqiq məlum olmasa da, üslubuna görə xristianlığın erkən dövründə tikildiyi ehtimal olunur.
Mənbələrdə Anahit məbədinin XVI əsrdə bərpa olunduğu bildirilir. Məbəd binasının bir neçə yerində alban xaçı və alban əlifbası ilə oxunması hələ də mümkün olmayan yazılar həkk olunub. Roma tarixçisi Dion Kassinin verdiyi məlumata görə, Pompey Qafqaz Albaniyasına yürüşü zamanı Kür çayı yaxınlığında yerləşən Müqəddəs Anahit məbədi yaxınlığında düşərgə salıb. Tarixçilərin məlumatına görə, Ay ilahəsi olan Anahitə (Roma panteonunda qarşılığı Selena) sitayiş edən Qafqaz albanlarının məbədi imiş, xristianlığın qəbulundan sonra xristian məbədi kimi dəyişdirilərək istifadə edilib.
Qum qarışığı və çay daşlarından hörülən məbədin inşasında mismarlardan istifadə olunmayıb. Məlumata görə, məbəddə sovet dövründə əsaslı təmir işləri aparılıb və kənd sakinlərinin səyi nəticəsində tarixi abidə müasir dövrümüzə qədər qorunub saxlanılıb. Abidənin daşlarının üzərində alban hərifləri ilə yazılan sözlər və çəkilən naxışlar bu günə qədər öz təravətini itirməyib.