Ləm Lənkəran

Abidənin adı:

Ləm

Abidənin ünvanı:

AZ4200, Lənkəran rayonu, Boladi kəndi

Abidənin əhəmiyyət dərəcəsi:

Yerli əhəmiyyətli memarlıq abidəsi

İnventar:

4798 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 48.444729

Y-koordinat: 38.53541

Abidənin tarixi:

Əsr: XIX əsr

Tikinti ili: 1870-ci i

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Azərbaycanın cənub bölgəsində Lənkəran rayonu özünəməxsus tarixi memarlıq tikililəri ilə seçilir. Belə abidələrdən biri də Lənkəranın Boladi kəndində yerləşən ləmdir.

Yayda istidən qorunmaq və istirahət etmək üçün nəzərdə tutulan abidə 1870-ci ildə kənd sakini Zabitə Həsənovanın həyətində tikilib.

Ümumiyyətlə, ləmlər cənub zonasında XVIII-XIX əsrlərdə geniş yayılmış özünəməxsus tikililərdir. Boladi kəndindəki ləmin uzunluğu 6 metrdir. Yerli əhəmiyyətli memarlıq abidəsi bu ləmin birinci mərtəbəsindən xidmət yeri kimi istifadə olunar, 2-ci mərtəbəsində isə istidən qorunar və istirahət edərmişlər.

Ləm əl işləri və taxta sürahilərlə bəzədilib. Dörd tərəfi açıq olan sütunların üstündə qərar tutub. Tikiliyə eyni zamanda “Yay evi” də deyirlər. İstilər düşdükdə insanlar daimi yaşayış evlərini müvəqqəti olaraq tərk edib, bu yay evlərinə köçərmişlər.

Ləmin aşağı hissəsi – sütunları qırmızı kərpicdən, yuxarısı isə meşə ağacından düzəldilir və müxtəlif əl işləri ilə bəzədilir. Bu da tikiliyə özünəməxsus gözəllik verir.