Didvan Bürcü
Abidənin adı: | “Didvan” bürcü |
Abidənin ünvanı: | AZ5739, Şəmkir rayonu, Aşağı Seyfəli kəndi |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 5003 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 40.455730 Y-koordinat: 46.053846 |
Abidənin tikinti tarixi: | Əsr: XVIII əsr Tikinti ili: Məlum deyil |
Abidənin istifadəsi: | Nümayiş obyekti kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Qədim tarixə malik Şəmkir bölgəsi öz abidləri ilə zəngindir. Şəhərin ərazisində bir neçə qala, bürc və qalaça mövcuddur. Ayrıca dayanan müdafiə qalaları müşahidə və ya ətrafda yaşayan əhalinin müdafiəsi üçün nəzərdə tutulurdu. Belə qüllələrin tikintisi regiondakı ictimai-siyasi proseslərə görə XVII-XVIII əsrlərdə daha geniş vüsət almışdı.
Şəmkir rayonunun Yeni həyat kəndi ərazisindəki Didvan qalası da maraqlı memarlıq nümunələrindədir. Bu tikili də ayrıca dayanan müdafiə qüllələri qrupuna aiddir. Şəmkirdə və Qazaxda olan Didvan bürclərinin relyefinə görə, demək olar ki, bu üslubdan olan qüllələr sırf müşahidə səciyyəsi daşıyırdı və tez-tez basqınlara məruz qalan ərazilərin sərhədlərində yerləşirdi.
Didvan qalasının adı müxtəlif cür izah edilir. Lakin mütəxəssislər bu sözün “dide” farsca “göz”, “van” isə məskən, yaşayış məntəqəsi mənasında olduğunu qeyd edirlər. Adından da göründüyü kimi, abidə gözətçi məntəqəsi funksiyasını yerinə yetirib.