Məscid Hill kəndi
Abidənin adı: | “Məscid” |
Abidənin ünvanı: | AZ3820, Qusar rayonu, Hil kəndi |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 4680 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X- Koordinat: 41.27585 Y- Koordinat: 48.20342 |
Abidənin tikinti tarixi: | Əsr: XIX əsr Tikinti ili: 1912-ci il |
Abidənin istifadəsi: | İlkin təyinatı üzrə istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Qusar rayonunun Hil kəndindəki məscid binası özünəməxsus memarlıq həllinə malik dini abidələrdəndir. Qusarın ən böyük kəndlərindən sayılan Hil rayon mərkəzindən 17 kilometr məsafədə yerləşir. Bu kənd 1960-cı illərə qədər rayon mərkəzi olub.
Kənd sakinlərinin elliklə yığışıb inşa etdiyi məscidin tikintisinə 1908-ci ildə başlanıb, 1912-ci ildə dindarların istifadəsinə verilib.
Məscidin bünövrəsində çay daşlarından, qalan hissələrində isə yerli tikinti materiallarından istifadə olunub. Tikilinin daxili divarları müxtəlif ornamentlərlə bəzədilib.
Yerli əhəmiyyətli memarlıq abidəsi olan məscidin geniş və yaraşıqlı zalında 300 nəfərin eyni anda ibadət etməsi üçün imkan yaradılıb. İkinci mərtəbədə qadınların ibadət etməsi üçün geniş otaq var. Binanın iç divarlarının bəzəkləri bu günə kimi rəngini qoruyub saxlayıb.
2019-cu ildə məsciddə əsaslı bərpa işləri həyata keçirilib. Bərpa zamanı binanın çöl divarları suvanıb, qapı və pəncərələri və dam örtüyü yenilənib. Xarici görünüşünə görə Hindistandakı məşhur Tac Mahalı xatırladan məscidin əvvəlki görünüşü tamamilə qorunub saxlanılıb.